Modelyer Zümrüd Mirzəliyevanın toyu olub.
Axşam.az-ın məlumatına görə, modelyer türkiyəli aktyor, müğənni Ali Dərəli ilə ailə qurub.
Şəhər restoranlarından birində baş tutan məclisə şou-biznesin tanınmış simaları da qatılıblar.
Qeyd edək ki, Z.Mirzəliyeva Ali ilə bir serial layihəsi zamanı tanış olduğunu deyib. Daha sonra internet vasitəsilə danışıb və münasibəti davam etdiriblər.