Ötən gün “100-dən 1-i” adlı mükafatlandırma mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşən gecənin təşkilatçısı Nail Naiboğlunun “NN production”ı olub.
Gecədə şou-biznesin tanınmış simaları, aparıcılar, aktyorlar, stilistlər müxtəlif nominasiyada mükafatlara layiq görülüblər.
Tədbirin qonaqları arasında xalq artisti Həmidə Ömərova, Ceyran Haşımova, Bilal Əliyev, əməkdar artistlər, Manana, Kəmalə Rəhimli, aparıcılar Lamiyyə Ələkbərqızı, Xoşqədəm Hidayətqızı, Nəsib Nur və digərləri yer alıblar.
Axşam.az saytı da gecədə mükafata layiq görülüb.
Foto: Ramin ASLANOV