İlham Əliyev və ailəsi ağac əkdilər - fotolar

İlham Əliyev və ailəsi ağac əkdilər -  fotolar
1814 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

Axşam.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verib. Bildirildi ki, dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq, bu illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib.

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

Mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkib.

Dövlət başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.