Yarpaq üzərində qeyri-adi rəsm əsərləri - fotolar

Yarpaq üzərində qeyri-adi rəsm əsərləri - fotolar
2372 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanlı rəssam Sandeş S.Ranqnekar öz qeyri-adi rəsm əsərləri ilə görənləri heyran edir.

Axşam.az fresher.ru-ya istinadən xəbər verir ki, iri rəsm əsərlərində tamaşaçıların hər bir detalı görə bilməsi hər nə qədər asandırsa, xırda material üzərində çəkilmiş əsərdə bu, o qədər çətindir. Sandeşi digər rəssamlardan fərqləndirən xüsusiyyət isə onun öz əsərlərini yarpaq üzərində təsvir etməsidir.

10 yaşından bu işlə məşğul olan Sandeşin müəllimi isə atası – Hindistanın məşhur rəssamı Sadaşivdir. Sandeş Hindistanın qədim incəsənət növü olan “Bodhi” (yarpaq üzərində şəkil çəkmə) ənənəsini yaşadan rəssamlarından biridir.