“Paramparça”nın aktyoru Sarp Akkaya “Fənərbaxça”-“Olimpiakos” matçında evlənmək təklif etdiyi Sinem Yalçınkaya ilə ailə qurub.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, cütlüyün nikahına qatılanlar arasında aktyor Kənan İmirzalıoğlu, Sinem Kobal, Aslı Enver, Acun İlıcalı, Kənan Doğulu, Beren Saat və başqaları olub. Aslı Enverin mərasimə Murad Boz olmadan gəlməsi diqqətdən qaçmayıb. Kənanla Sinem isə gecə boyunca bir-birindən ayrılmayıb.