Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımovanın solo konserti olub.
Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında gerçəkləşən tədbir A.Qasımovun 60 illik yubileyinə həsr olunub.
“Mənə dünyanı verdin” adlanan konsertdə F.Qasımova mahnılar səsləndirib, atasını təbrik edib.
Muğam ifaçısını dinləməyə gələnlər arasında sənət aləminin tanınmış simaları da yer alıblar.