Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - fotolar

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - fotolar
9746 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda bir televiziya verilişinə qatılan aktyor Bred Pitt Bollivud filmlərinə çəkilməmə səbəbini açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni filmi “Müharibə maşını”nın ("War Machine") premyerası üçün Hindistana gedən Pitt orada maraqlı açıqlamalar verib.

53 yaşlı aktyor Bollivud ulduzları kimi rəqs edə bilmədiyini söyləyib:

“Bollywood”da filmə çəkilmədim, çünki rəqs edə bilmirəm. Edə bilmərəm də. Bundan başqa musiqi bacarığım da yoxdur. Çəkildiyim “Həyat Ağacı” (“The Tree of Life”) filminin piano səhnəsində də dublyordan istifadə edilib”.

Aparıcısı aktyor Şahruk Xan olan proqramda Bredin bu sözləri hər kəsin gülüşünə səbəb olub.