Əvvəl ATV-də, indi "Space"də - fotolar

Əvvəl ATV-də, indi "Space"də - fotolar
5957 dəfə oxunub
  • A-
  • A
  • A+
Aysel Nazimin aparıcılığı ilə “Space” kanalında yeni veriliş başlayıb.

Axşam.az-ın məlumatına görə, ilk buraxılışı mayın 28-də efirə gedən proqram “İdman hamı üçün” adlanır. Veriliş Milli Olimpiya Komitəsi ilə Space TV-nin birgə layihəsidir.

Aysel bildirib ki, bu onun aparıcısı olduğu ilk idman verilişi deyil:

“Daha öncə ATV-də idman xəbərlərini təqdim etmişəm. Bu isə xəbər yox, tamamilə
başqa janrdadır. Verilişdə həyatını idmana həsr edən və uğurlu nəticələr qazanan idmançılar qonağımız olacaqlar”.

Qeyd edək ki, “İdman hamı üçün” hər həftənin bazar günü, saat 12:00-da efirə gedəcək.