Stilist Tünzalə Kərimovanın rəhbərlik etdiyi “T.A studio” daha bir yeniliyə imza atıb.
Axşam.az-ın məlumatına görə, T.Kərimovanın təşkilatçılığı ilə “Gənclik Mall”da “Gözəlliyə səyahət” adlı “master klas” keçirilib. Ustad-dərsləri zamanı ən son dəbə uyğun üç saç düzümü və makiyaj edilib. Ərəb, sadə və su dalğası stilində olan saç düzümləri izləyicilər tərəfindən də maraqla qarşılanıb.
Məlumdur ki, hər bir xanım salona getmədən, evdə özünə gözəl makiyaj etməyi öyrənməyə can atır. Ustad dərslərin keçirilməsində də əsas məqsəd xanımların bu arzusunu reallaşdırmaq, düzgün makiyaj etməyi öyrətməkdir.
T.Kərimova sahibi olduğu akademiyada bu sahədə dərslər verir. Bəzi xanımların maddi durumu yaxşı olmadığı üçün dərslərə qatıla bilmirlər. Stilist bildirib ki, ustad dərsləri zamanı həmin xanımlara makiyaj etməyi öyrənmək şansı yaradıb.
Eyni zamanda qeyd olunub ki, xanımların əksəriyyəti İnstaqramda paylaşılan fotolarda saç və makiyajın real olmadığını və effektlərdən istifadə olunduğunu iddia edir. “T.A studio” kollektivi də açıq dərslər zamanı makiyaj effektlərinin realda da fotolardakı qədər gözəl olduğunu, heç bir fotoşopdan istifadə edilmədiyini canlı göstərib.
Aparıcılığını Vüsalə Əlizadənin etdiyi tədbirdə prodüser Təranə Səmədova və stilist Samiraldo da qonaq olublar. Yüzlərlə insan ustad-dərslərini izləmək imkanı qazanıb.
Qeyd edək ki, Azərbaycanda ilk açıq dərs məhz stilist Tünzalə tərəfindən keçitilib.
Bu, “T.A studio” kollektivinin sonuncu ustad dərsləri deyil. Belə ki, yaradıcı kollektiv bundan sonra da bu cür işlərə imza atacağını bildirib. Onlar həm Azərbaycanda, həm də xaricdə bu sahədə böyük layihələr reallaşdıracaqlarını söyləyiblər.
İyunun 12-də “T.A akademiya”da makiyaj, 23-də isə saç düzümü ilə bağlı dərslər keçiriləcək.
Ünvan: Yasamal rayonu Zərdabi küç. 17/51 (Üç taclı bina ilə üzbəüz)
Tel.: (012) 406 34 94
WhatsApp: (055) 206 34 94
Mob.: (050) 406 34 94
İnstaqram: T_A_studio
gunay_ta_studio
ta_studio_masters