1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda maraqlı aksiya təşkil olunub.
Axşam.az-ın məlumatına görə, "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” layihəsi çərçivəsində balaca polislər yol hərəkəti qaydasını pozan sürücüləri saxlayıblar. Balacalar onlarla tövsiyyə xarakterli söhbət edib, məlumatlandırıcı broşurlar paylayıblar. Azyaşlılar həmçinin yol hərəkəti haqqında qanunla bağlı öz bilik və bacarıqlarını da nümayiş etdiriblər.
Layihə “ARB Media Qrup”a daxil olan “ARB Günəş”, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, ASAN Xidmət və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə keçirilib.
Layihənin məqsədi cəmiyyətin diqqətini balacaların həyat və sağlamlıqlarının qorunmasına çəkməkdir.
Baş Dövlət Yol Polisi İdarəsinin hesabatına görə, ötən il qəzalar zamanı ölənlərin 53-ü, yaralananların 186 nəfəri uşaqdır. “Yollarda uşaqların təhlükəsizliyinini qoruyaq” layihəsi də qəzaların sayının minimuma endirilməsinə yönəlib.