"Victoria's Secret"in məşhur gözəli Ana Beatris Barros hamilədir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə İnstaqramda yazıb. Hamiləliyin üçüncü ayında olan Beatris bunun ad gününə ən gözəl hədiyyə olduğunu qeyd edib.
Qeyd edək ki, model ərəb milyarder Kərim Əl Saiti ilə ailəlidir.