Təranə 6 yaşlı Ayxan üçün onları bir araya yığdı - fotolar

Təranə 6 yaşlı Ayxan üçün onları bir araya yığdı -  fotolar
2911 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədovanın təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirin məqsədi danışa və eşidə bilməyən 6 yaşlı Ayxan adlı uşağa dəstək olub.

T.Səmədova bildirib ki, Ayxanın danışması və eşitməsi üçün aparat alınmalıdır, yaxud da əməliyyat edilməlidir. Prodüser bu aparatın qiyməti baha olduğu üçün ailənin maddi gücü çatmadığını deyib:

“Əməliyyat 35 min, aparat isə 6 min manatdır. Tədbirimizi keçirməkdə məqsədim bu məbləğin bir qismini toplamaqdır. Bilirəm ki, bu gün məbləği toplaya bilməyəcəyik. Ona görə də bu aksiyamızı davam etdirəcəyik. Ona dəstək olub, müalicəsini gerçəkləşdirməyi çox istəyirəm. Bəlkə də Ayxan gələcəyin istedadlı bir gənci olacaq. Ayxanı Zərdab rayonunda tanıyıb, mənə və Lamiyyə Ələkbərqızına söyləyən müğənni Nadir Qafarzadə olub. Hazırda özü “Maşın” şouda iştirak etdiyi üçün bura gələ bilməyib. Tədbirə qatılan sənət adamlarından xahiş edirəm ki, kimin gücü nəyə çatır yardım etsin. gündə o qədər ora-bura pul xərcləyirik ki... Bu dəfə də xeyriyyə işinə pul verək".

Tədbirə gələnlər arasında müğənnilər Rüfət Axundov, Səbinə Əsgərova, Emil Bədəlov və digərləri yer alıblar.

Foto: Ramin ASLANOV