Aktrisa Emmi Rosum və rejissor Sem Esmayın toyu olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 130 nəfərin iştirak etdiyi mərasim Nyu-Yorkda yerləşən Mərkəzi Sinaqoqda keçirilib. Qonaqlar arasında Robert Dauni (kiçik) və Hillari Suonk kimi ulduzlar olub.
Qeyd edək ki, hazırda dünya şöhrətli "Shameless" serialında çəkilən Emmi Semlə "Kometa" filmində tanış olub.