Mustafa ilə yaşadığı evi satışa çıxardı - fotolar

Mustafa ilə yaşadığı evi satışa çıxardı - fotolar
3692 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda müğənni Mustafa Cecelidən boşanan Sinem Ceceli yaşadıqları villanı satışa çıxarıb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sinem 4 mərtəbəli villa üçün 1 milyon 200 min dollar pul istəyir. Mustafa boşandıqları vaxt həyat yoldaşına təzminat kimi 3 milyon lirə (təxminən 1,5 milyon manat) pul və Kanlıcadakı evini vermişdi.

Sinem isə artıq o evdə yaşamaq istəmədiyini bildirib. Üstəlik, villanı hələ aprelin əvvəlindən satışa çıxarıb. S.Ceceli satışa qoyduğu evin əşyalarını artıq başqa yerə daşıyıb.
 
Qeyd edək ki, boşandıqdan 5 gün sonra Mustafa Cecelinin Selin İmerlə eşq yaşadığı üzə çıxmış, hətta onların evlənməyə hazırlaşdıqları məlum olmuşdu.