Məşhur model Alessandra Ambrasio sosial media hesabından maraqlı fotosunu paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model 9 ildir evli olduğu Cemi Masur ilə istirahətə yollanıb. Tətil vaxtı çəkdirdiyi şəkillərini İnstaqramında yerləşdirən Alessandranın sonuncu paylaşımı təəccübləndirib.
Belə ki, tramplin üzərində öpüşərək poz verən cütlüyün fotosu izləyicilər tərəfindən 226 min “like” alıb.