Braziliyalı model Jizel Bundhen San-Pauloda mağazalardan birinin açılışına qatılıb.
Axşam.az xarici mediaya isitnadən xəbər verir ki, 37 yaşlı model açılışa qara mini libasda və dəri gödəkçədə yollanıb. Jizelin paltarı bədən quruluşuna uyğun olduğu üçün çox bəyənilib. Müxtəlif şəkillər çəkdirən modelin əhvalı yüksək olub.
Qeyd edək ki, Tom Bredi ilə ailəli olan Jizel Bundhen 2 uşaq anasıdır. Modelin Benjamin adlı 7 yaşlı oğlu, Vivivan adlı isə 4 yaşlı qızı var.