51 yaşlı model Sindi Krouford yeni obraza girib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, model bu dəfə 50-ci illərin seks-simvolu Merilin Monronun obrazını yaradıb. Yeni fotolarını sosial şəbəkədə paylaşan Sindi sarışın gözələ çevrilib.
Onun makiyajı üzərində Tolot, saç düzümü üzərində isə Piter Saviç işləyib.