Bella və Cicinin anası özünü öldürmək istəyib - fotolar

Bella və Cicinin anası özünü öldürmək istəyib - fotolar
3076 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur modellər Bella və Cici Hadidin anası Yolanda Hadid dərgilərdən birinə müsahibə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modellərin 53 yaşlı anası bir vaxtlar “Layma” (infeksion xəstəlik) xəstəliyindən əziyyət çəkib.

Yolanda 5 il əvvəl özünə qəsd etmək istədiyini də bildirib:

“Allaha yalvarırdım ki, tez canımı alsın. Bezmişdim. Özümü öldürmək də istəmişəm. Amma sonradan balalarım gözümün qabağına gəlib. Onlar yeganə varlıq olublar ki, məni ölümdən xilas ediblər”.

Hadid həyatı haqda “Mənə inan” (“Believe me”) adlı kitabında da yazdığını vurğulayıb.