Daha bir "yaraşıqlı cinayətkar" peyda oldu - fotolar

Daha bir "yaraşıqlı cinayətkar" peyda oldu - fotolar
12483 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ən yaraşıqlı cinayətkar” adına daha bir nəfər əlavə olunub.

Axşam.az xarici KİV-ə istinadən məlumatına görə, söhbət 19 yaşlı Mexi Alante Lakidən gedir.

Onu ilk dəfə “Demanti O Brayant” agentliyi ötən il kəşf edib. Lakin Mexinin şəkilləri sosial şəbəkələrdə bir həftədir paylaşılır.

2 aylıq körpəsi olan Alante ötən il maşın oğurluğu üstə həbs olunub. Hazırda azadlıqda olan gənc bir çox model agentliklərindən təklif aldığını bildirib.

Lakidən ən diqqət çəkən onun gözlərinin bəbəyinin müxtəlif rəngdə olmasıdır.

Qeyd edək ki, Mexidən əvvəl Ceremi Miks "ən yaraşıqlı cinayətkar" kimi tanınıb. O, 2015-ci ildə qeyri-qanuni yolla silah daşımaq cinayətindən 27 aylıq həbs həyatı yaşayıb. Hazırda azadlıqda olan Ceremi model kimi fəaliyyət göstərir.