Paylaşdığı videoya görə tacı əlindən alındı

Paylaşdığı videoya görə tacı əlindən alındı
1943 dəfə oxunub
  • A-
  • A
  • A+
Myanmanın gözəllik kraliçası seçilmiş Şvi Yan Sinin tacı əlindən alınıb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı modelin sosial şəbəkədə paylaşdığı siyasi videodur. O, video-çarxda Arakanda müsəlmanların Rohinca Qurtuluş Ordusunu terror və zorakılığa dəstək verməkdə günahlandırıb.
 
Bu videodan sonra gözəllik yarışmasını təşkil edən “Hello Madam Group” Şvini tacdan məhrum edib. Şvi Yan Si vətəndaş mövqeyini ifadə etdiyinə görə tacının alındığını iddia etsə də, qarşı tərəf bununla razılaşmayaraq ciddi bir səbəb göstərə bilməyib.

Qeyd edək ki, modelin paylaşdığı video "Youtube" kanalından silinib.