Azərbaycanlı model Jerar Depardye ilə eyni filmdə - Foto

Azərbaycanlı model Jerar Depardye ilə eyni filmdə - Foto
1672 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Süleyman Tənaxirli məşhur fransız aktyoru  Jerar Depardye ilə eyni filmdə rol alacaq.

Axşam.az-ın məlumatına görə, bu barədə “High Life Fashion&Model Academy”nin baş direktoru Aqil Məmiyev açıqlama verib.

Onun sözlərinə görə, Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlanan filmin çəkilişlərində Jerard Depardye ilə birgə Süleyman Tənaxirlə də yer alıb. Depardye filmdə Beynəlxalq Futbol Federasiyasının prezidenti Jül Rime rolunu ifa edib. High Life Fashion&Model Acamdemy”nin 19 yaşlı modeli isə futbolçunun dostu rolunda çəkilib.