Günelin qonaqlığı İradəni kökəltdi - fotolar

Günelin qonaqlığı İradəni kökəltdi - fotolar
5316 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzərlə birlikdə həmkarı Azəri qızı Günelin evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, Türkiyədə yaşayan sənətçilər fotolarını sosial şəbəkədə paylaşıblar.

Günel İ.İbrahimovanın yeni albom hazırladığını da qeyd edib:

“Canım dostum İradə tezliklə yeni albomla geri dönür. İçərisində çox gözəl mahnılar var. Birlikdə əla gün keçirtdik”.

Öz növbəsində Günelə təşəkkür edən İradə təəssüratlarını bölüşüb:

“Gözəl ürəkli Günelim, hər şey üçün çox sağ ol. Üzün həmişə gülsün. Rəhman dayının gözəl toyuq qızartmasından çox yedim, indi səsim çıxmır. 3 kiloqram kökəldim”.