Tanınmış model Kendis Sveynpol "Woolworths" brendinin yeni reklam kampaniyasının siması seçilib.
Axşam.az xəbər verir ki, "Viktoriya Sekret"in "mələy"i firmanın yeni kolleksiyasını nümayiş etdirəcək.
Sveynpol təzə geyim modelləri ilə kamera qarşısına keçib. Çəkilişlər Kendisin vətəni CAR-ın paytaxtı Keyptaunda baş tutub. "Woolworths"un nümayəndəsi bildirib ki, cazibədar modelin həm zahiri görünüş, həm davranış baxımından onların kriteriyalarına uyğun gəlib.