Axşam.az xəbər verir ki, Londonun gecə klublarından birində keçirilən mərasimə məşhur model Kelli Bruk da qatılıb.
23 yaşını qeyd edən Oranın cazibədar qırmızı libası və "Christian Louboutin" brendindən olan ayaqqabısı diqqət çəkib. Rihanna ilə rəqabət aparan ifaçı ad günündən xeyriyyə məqsədi ilə istifadə edib. Belə ki, o, əldə edilən məbləği xərçəng xəstələri üçün yaradılmış fonda bağışlayacağını bildirib.