Sevinc 23 kiloqram arıqlayıb klip çəkdirdi

Sevinc 23 kiloqram arıqlayıb klip çəkdirdi
5230 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Sevinc Musayeva yeni klip çəkdirib.

Axşam.az xəbər verir ki, ifaçı "Yalvarma" mahnısına Avropa üslubunda ekran işi ərsəyə gətirib.

Klipdə fotomodellər və Sevincin keçmiş duet ortağı Aydın Cəfərov iştirak edib.

Müğənni ilə işləyən stilist Sərxan onu tərifləyib:

"Sevinc Aygün Kazımovadan sonra yeganə müğənnidir ki, ona hər cür makiyaj yaraşır. O, plastilin kimidir, necə istəsən, elə də düzəldə bilərsən".

Qeyd edək ki, S.Musayeva qısa müddətdə 23 kiloqram arıqlamaqla hər kəsin təəccübünə səbəb olub. Klip yaxın günlərdə təqdim olunacaq.