32 yaşlı müğənni Kristina Aqilera sürətli arıqlaması ilə gündəmi alt-üst edib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gözəl ulduz açıq-saçıq geyimlər seçərək cazibədar ayaqlarını nümayiş etdirir.
Bu günlərdə müğənni ayaqlarını tamamilə çılpaq qoyan dənizçi geyimi ilə Ceya Lenonun şousuna qatılıb. Cazibədarlığı ilə göz qamaşdıran Aqilera gecədə bütün diqqəti öz üzərinə cəlb edib.