Kirkorov azərbaycanlı sənətçilərlə bir arada - fotolar
Dünya
10:25 / 03.12.13
2517dəfə oxunub
A-
A
A+
Rus estradasının tanınmış müğənnisi Filip Kirkorov “V & V company”nin rəhbəri Valeri İlişayevin qızı Anelyanın ad günü mərasiminə qatılıb.
Axşam.az-ın məlumatına görə, gecədə azərbaycanlı sənətçilərlə eyni səhnəni paylaşan ifaçı sevilən mahnılarını səsləndirib.
Əməkdar artist Ədalət Şükürov, Manana, şoumen Murad Dadaşov, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Elton Hüseynəliyev, meyxanaçılar Ehtiram və İntiqam qardaşları da həmin məclisdə iştirak edib.
F.Kirkorovun ad günü mərasimindən fotolarını təqdim edirik.
Qeyd edək ki, tədbir Moskvada azərbaycanlı iş adamı Telman İsmayılovun “Safisa” restoranında baş tutub.
Rusiyalı müğənninin özəl müsahibəsini dekabrın 10-da saat 22:00-da ATV telekanalında yayımlanan "Onlar" verilişində izləyə bilərsiniz.