Adriana təqaüd xəbərini yalanladı: "Hələ 2 ilim var"
18 dəfə “Victoria's Secret”in dəfiləsinə çıxan braziliyalı model Adriana Lima Şanxay nümayişindən sonra təqaüdə çıxacağı xəbərlərini yalanlayıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı model 20-ci nümayişdən sonra podiumları tərk edəcəyini deyib:
“20 ilimi tamamlamaq istəyirəm. Bu səbəbdən hələ 2 il də “Victoria's Secret”in dəfiləsinə çıxacağam”.
Qeyd edək ki, 17 dəfə “Victoria's Secret”in nümayişinə qatılan Alessandra Ambrosio Adrianadan fərqli olaraq, daha 3 il gözləmədən bu ildən podiumla vidalaşacağını açıqlayıb.