Məşhur türk fotoqraf Mert Alas rusiyalı model İrina Şeykin yeni fotosunu paylaşıb.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, yataqda poz verən İrina həmin şəkildə çılpaqdır.
Qeyd edək ki, Mertle İrina bir-birləri ilə çoxdan əməkdaşlıq edir. Onlar 2016-cı ildə “Givenchy” fransız moda evinin payız-qış kolleksiyasının çəkilişləri zamanı tanış olublar. Əməkdaşlıqla yanaşı, Mertlə irina, eyni zamanda iki yaxın dostdur.
Xatırladaq ki, İrina aktyor Bredli Kuperlə sevgilidir. Cütlüyün bu ilin aprelində Lei adlı bir qızı dünyaya gəlib. 
