Adriana Lima daha soyunmayacaq

Adriana Lima daha soyunmayacaq
3904 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyalı model Adriana Lima bundan sonra soyunmayacaq.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı model bunu sosial şəbəkədə açıqlayıb:

“İndiyədək sosial şəbəkədə kifayət qədər çılpaq fotolarımı paylaşdım. Bədənindən razı olmayan minlərlə qadının mənə müraciətindən sonra fikirlərim dəyişdi. Gündəlik həyatını yaşayn qadınlar üzərində “Necə görünürəm?”, “İş üçün müraciət etsəm, qəbul edərlər” şəklində təzyiq effekti yaradan bu tip paylaşımlardan sonra o qadınların incindiyini anladım. Xanımlara bəlli bir bədən quruluşunun diqtə edilməsi ədalətli deyil. Bu nə fiziki, nə də psixoloji baxımdan etikdir. Bundan sonra bədənimi boş səbəblərə görə nümayiş etdirməyəcəyəm, soyunmayacağam”.

Qeyd edək ki, Adriana Lima türk yazar Metin Hara ilə sevgilidir.