"Love" dərgisinin təqviminin siması bu dəfə 22 yaşlı model Gigi Hadid olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, çəkiliş məkanından görüntülər sosial mediada yayılıb. Giginin oradakı görüntüsü tənqid edilib.
Belə ki, Hadidin qolunun altında tüklərin olması açıq-aşkar görünür. Hər kəs fotoya "Bu nədir? Tükdür?" şərhini yazıb.
Bəziləri isə dərginin reklam xatirinə modelə belə bir görüntü verdiklərini iddia edib.
