Model Bella Hadid Nyu-York küçələrindən birində görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rəfiqəsi Heyli Bolduinlə gəzintiyə çıxan Bella geyimi ilə diqqət çəkib.
Həmişəki kimi idman üslubuna üstünlük verən Hadidin əynində enli şalvar, narıncı kofta, cins ködəkçə olub. Modelin ayaqqabıları da koftasına uyğun seçilib.
Bella axşam radələrində də paparazzilərə tuş gəlib. Bu dəfə basketbolçu Cordan Klarsonla görüşə gedən model yenə idman üslubunda geyinib.
Qeyd edək ki, bir müddət əvvəl Hadidin “The Weeknd” ilə barışdığı iddia olunurdu.
