Corc Klunidən qeyri-adi fotosessiya

Corc Klunidən qeyri-adi fotosessiya
1724 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur Hollivud aktyoru Corc Kluni “W” jurnalının qış buraxılışının siması olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, "Ocean's Eleven" (“Ouşenin 11 dostu”) filmindəki obrazını canlandırıb. Qara kostyumunun üzərindəki iri ağ xallar və eyni formalı fon aktyora olduqca maraqlı görünüş verib. Digər fotolarda isə Kluni əlində qızılgül, ayaqayalın şəkildə təsvir edilib. 

Müsahibə verən ulduz həmkarları haqda səmimi açıqlamalar verib. Aktyor Rassel Kroudan şikayətlənən Corc bir ildir ki, aralarındakı münasibətin düzəlmədiyini etiraf edib. Rassel ona şeir kitabını göndərsə də, bu, Corcla barışmağına köməklik göstərməyib. Kluni ən çox həmkarı Bred Pitti tərifləyib. Onun fikrincə, Bred çox sərtdir və Hollivudda ona tay ola biləcək aktyor yoxdur.