Rəqqasə Fatimə Fətəliyeva dünya ulduzlarına pərəstiş etməyi sevmir.
Axşam.az-ın məlumatına görə, sənətçi “Telemaqazin” verilişinə açıqlamasında “Bu yaxınlarda Oksana Şahrux Xan üçün Dubaya gedib. Siz nə əcəb o konsertdə olmaq istəmədiniz?” sualına belə cavab verib:
“Mən Şahrux Xanın pərəstişkarı deyiləm. Bütün dünya rəqslərini oynaya bilirəm. Durub o ölkələrin rəqqaslarına pərəstiş etməyəcəm ki... Məni musiqi maraqlandırır. Rəqsin, musiqinin pərəstişkarıyam. Hansısa məşhura fanatlıq etmək mənlik deyil”.