Victoria's Secret"in keçmiş mələyi Alessandro Ambrasio sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Miladı ailəsi ilə birgə keçirən 36 yaşlı model 2 uşağının atası Cemi Mazurla maraqlı poz verib.
Öpüşərkən qızlarının gözünü bağlayan cütlük şəklə "Uşaqlar görməsin!" qeydini yazıblar.
İzləyicilər tərəfindən maraqla qarşılanan foto minlərlə bəyənmə və şərh toplayıb.
Qeyd edək ki, yay tətilində də modellə 9 illik evli olduğu əri öpüşərkən çəkilmiş şəklini sevənləri ilə bölüşüb. Tramplin üzərində öpüşərək poz verən cütlüyün fotosu izləyicilər tərəfindən 226 min “like” alıb. 
