23 kiloqram arıqlayıb imicini dəyişən müğənni Sevinc Musayeva təzə stilindən danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi yeni obrazını “çılğın qadın” adlandırıb:
“Bu “Vamp” stilidir. Mənası “çılğın qadın”, “gözəllik” deməkdir. Bu obrazımı stilist Sərxan fikirləşib. Mənə nazlı imicin heç uyğun gəlmədiyini bildirdi. Dediyinə görə, mənə məhz çılğın obraz yaraşır”.
Uzun fasilədən sonra yeni klipi ilə gündəmə gələn Sevinc bu boşluğu fərqli layihələri ilə dolduracağını deyib.