Dünya şöhrətli müğənni Elton Conun çoxdan gözlənilən Moskva konserti baş tutub.Axşam.az xəbər verir ki, sənətçi tamaşaçılarını cinsi və irqi ayrıseçkilik etmədən musiqidən zövq almağa çağırıb.
O, şousunu bu ilin mayında Rusiyada qətlə yetirilən, gey olduğu iddia edilən Vladislav Tornovoyun xatirəsinə həsr edib.
Elton Con bildirib ki, dostları onu Rusiyada konsert verməkdən çəkindirmək istəyib. Səbəb isə Rusiyada bu yaxınlarda qəbul edilən azyaşlılar arasında homoseksuallığın təbliğ edilməsinin qadağan olunması haqda qanun olub. Lakin ulduz müğənni buna əhəmiyyət verməyib.
Müğənni Moskvada geylərlə görüşmək istədiyini, onlara qarşı münasibətin şəhərdə çox pis olduğunu deyib.
Bu gün müğənni Rusiyadakı növbəti konsertini Kazan şəhərində verəcək.