Aparıcı Axşam.az-ın müxbiri ilə söhbətində efirdə hər zaman fərqli görünməyə çalışdığını deyib:
“Mənim bir amalım var: fərqli görünmək, səmimi olmaq. Özünü orijinal aparmalısan. Bunu bacarırsansa, deməli, sən əsl aparıcısan. Ekrandakı davranışların süni olmamalıdır. Mənim də illərdir çalışdığım budur. Elə buna görə də uğur qazana bilirəm, sevilirəm”.