Vüsalə yenidən gündəmdə - fotolar

Vüsalə yenidən gündəmdə - fotolar
12671 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Vüsalə Əlizadə bu gün türkiyəli müğənni Kənan Doğulunun mətbuat konfransında fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl boşanma xəbərləri yayılan və gündəmdən uzaqlaşan Vüsalə yenidən iş fəaliyyətinə başlayıb.

O, bu gün Heydər Əliyev Sarayında baş tutacaq Kənan Doğulu konsertinin aparıcılığını edəcək.

Bundan sonra şəxsi həyatı ilə bağlı gündəmə gəlmək istəməyən V.Əlizadə fotokameramıza pozlar da verib. O, eyni zamanda yeniliklərlə efirə qayıdacağını bildirib.

Xatırladaq ki, Vüsalə aparıcı Azər İsmayılovla dörd il ailəli olduqdan sonra ayrılıb. Cütlüyün Dilək adlı bir övladı var.

Foto: Rəşad ABBASOV