Beverli-Hillsdə “March of Dimes”in xeyriyyə gecəsi keçirilib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fond illərdir ki, anaların və körpələrin sağlamlığının yaxşılaşdırılması isitqamətində işlər görür.
44 yaşlı məşhur müğənni Cennifer Lopez bu il də xeyriyyəçilik missiyasına görə, ön sıralarda olan müğənni seçilib. Bu səbəbdən ifaçı Qreys Kelli adına mükafatla təltif olunub. Müğənni Qreys Kellinin pərəstişkarı olduğunu söyləyib. Mərasimdə Cenniferin sevgilisi Kasper Smart da olub.