Model Sindi Krofordun qızı Kaya Qerber “Vogue” jurnalın fevral buraxılışı üçün kameralar qarşısına keçib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, çəkilişdən fotoları İnstaqram səhifəsində yerləşdirən 16 yaşlı model yazıb:
"Bunu ancaq xəyal edə bilərdim. Jurnalın bu buraxılışı üçün çalışan hər kəsə təşəkkür. Siz məni dünyanın ən xoşbəxt insanı etdiniz".
Qeyd edək ki, ilk dəfə Qerber 2016-cı ildə anası ilə birgə "Vogue"nin üz qabığında yer alıb. 
