Dünyanın 6-cı ən varlı adamı Lakşmi Mittal qardaşı qızına toy edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Arcelor Mittal" polad və mədənçilik zavodunun sahibinin Kataloniyada təşkil etdiyi təntənəli mərasim yerli əhalinin etirazına səbəb olub.
O, Şristi Mittalın toyu üçün katalonların ən məşhur sənət muzeyi olan "Arts Hotel"i icarəyə götürüb. Üç gün davam edən toya 60 milyon avro pul xərclənib. Tənqidlərə isə Mittal "Pulla hər şeyi satın almaq olar" deyə cavab verib.
Qeyd edək ki, Mittalın qardaşı oğlu Vartika Mittalın toyu 2011-ci ildə İstanbulda keçirilmişdi.