Dünya şöhrətli super model Naomi Kempbell yeni münasibətə başlayıb.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı model 35 yaşlı reper Skepta ilə görüşür.
Cütlüyə yaxın mənbə bildirib ki, onlar klublardan birində dostlarla görüş zamanı tanış olublar. Oktyabrdan görüşdüyü deyilən cütlük hələ ki, münasibətini gizli saxlasa da, amma bir neçə dəfə bərabər görüntüləniblər.
Xatırladaq ki, ötən ilin yayında Naominin adı 61 yaşlı misirli milyonçu Lui Kamilyeri hallanıb. Ondan əvvəl isə Kempbell 5 il rusiyalı milyarder Vladislav Doroninlə sevgili olub. Bundan başqa o, italyan sahibkar Flavio Briatore ilə də eşq yaşayıb.