32 yaşlı model İrina Şeyk sosial şəbəkədə cəsarətli fotosunu paylaşıb. Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, model “İntimissimi” brendinin yeni kolleksiyası üçün kamera qarşısına keçib. İrina kolleksiyadan olan geyimlərdən birində çəkilmiş fotosunu İnstaqram səhifəsində yerləşdirib.
Transparan libasda olan Şeyk izləyicilərin “like” atəşinə tutulub.
Xatırladaq ki, İrina ötən il adıçəkilən brendin Veronadakı şousuna qatıla bilməmişdi. O, uzun müddətdir ki, italyan markanın simasıdır.