Məşhur müğənni həbs olundu

Məşhur müğənni həbs olundu
2513 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Vitas (Vitaliy Qraçev) həbs olunub. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin Barxivdəki evində tapançadan havaya atəş açması olub.

Qonşuların şikayəti nəticəsində hadisə yerinə polis gəlib və ərazidən 43 ədəd qəlpə tapılıb. İnsidentlə bağlı polisə çağırılan ifaçı dindirilib və ona yüngül xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Vitasa 7 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, Vitas 2013-cü ildə velosipedçini avtomobili ilə yüngül yaraladığına görə 100 min rubl məbləğində cərimələnib. 2014-cü ildə isə Moskvada naməlum bir şəxsin pəncərəsini sındırmaqla şübhəli bilinib, sadəcə şahid və sübut olmadığı üçün müğənni həbs olunmayıb.