Vizajist, müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova dünən ad gününü təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, Nigarın şəhər restoranlarının birində baş tutan doğum günü məclisinə “Özünə bax" layihəsinin siması Ruhi Əliyeva, prodüser Tolik, stilist Nasir Babayev, aparıcı Afaq Gəncəli və başqaları qatılıb.
Dostları Nigara bahalı zinət əşyaları və gül dəstələri bağışlayıb.