Qabırğasını sındıran Kıvanç Tatlıtuğa dublyor tapıldı - fotolar

Qabırğasını sındıran Kıvanç Tatlıtuğa dublyor tapıldı - fotolar
1191 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ "Qurd Seyt və Şura" teleserialının çəkilişində dublyora ehtiyac duyub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə atdan yıxılaraq qabırğasını sındıran sənətçi atlı səhnələri canlandıra bilmir. Bu səbəbdən Rusiyadan dublyor gətirilib.

Kıvanç Tatlıtuğ isə qabırğasındakı güclü ağrılara baxmayaraq, çəkilişlərə ara vermir. Aktyor hər gün ağrıkəsici iynədən istifadə edir.