Aktrisa Hazal Kayanın baş rol ifaçısı olduğu "A. Ş. K" serialı başa çatır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə teleserialı çəkən "Gold Film" Tvitter səhifəsində açıqlama yayıb:
"Bizi tək qoymayanlara, dəstəkləyənlərə təşəkkür edirik. "A. Ş. K" serialı 13-cü hissə ilə bitəcək". Qeyd edək ki, filmdə aktyor Hakan Kurtaş və Aslı Tandoğan da yer alıb.