Türkiyəli müğənni Özcan Dəniz bu gün Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi günorta saatlarında hava limanına enib. Mühafizəçilər müğənnidən müsahibə almaq istəyən media nümayəndələrinə mane olub.
Jurnalistlərə qısa açıqlama verən Ö. Dəniz Bakıya çox rahat gəldiyini deyərək hər kəsi qala gecəsinə dəvət edib:
"Gözəl bir film alındığını düşünürəm. Hər kəsi filmi izləməyə dəvət edirəm".
Qeyd edək ki, Özcan Dənizin Bakıya gəlişinin səbəbi rejissorluğunu etdiyi “Su və atəş” filminin qala gecəsində iştirak etməkdir. Nizami Kino Mərkəzində keçiriləcək gecədə müğənni baş rol ifa etdiyi filmi azərbaycanlı sevənləri ilə birlikdə izləyəcək.
Onunla birgə filmdə rol alan yaradıcı heyət də şəhərimizə təşrif buyurub.