Əməkdar artist Tünzalə Ağayeva yenidən Türkiyəyə yollanıb. Axşam.az-ın məlumatına görə, ifaçı tanınmış türkiyəli müğənni Muazzes Ersoyun TRT kanalında yayımlanan verilişində qonaq olacaq.
“Muazzes Ersoyla ulduz axşamı” adlı veriliş bu gün saat 23:00-da canlı yayımlanacaq.
Əməkdar artist eyni zamanda TRT kanalının yeni il çəkilişlərinə də qatılıb.